Sərxoş sürücü yol qəzası törətdi
10 fevral 2016 04:55 (UTC +04:00)

Sərxoş sürücü yol qəzası törətdi

0

Nəsimi rayonunda sərxoş sürücü yol qəzası törədib. APA-nın məlumatına görə, Arzu Hüseynov idarə etdiyi "Volkswagen Golf"  markalı avtomobillə qarşısında hərəkət edən Orxan İbrahimzadəyə məxsus "Volkswagen Passat"  markalı avtomobili vurub.

 

Qəza zamanı xəsarət alan olmayıb. Müayinə zamanı qəzanı törədən "Qolf"un sürücüsü Arzu Hüseynovun sərxoş olması məlum olub.

 

Faktla əlaqədar araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar