Yanvarın 3-də Stansiya Sumqayıt qəsəbəsindəki evlərdən birində yanmış kişi meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin evdə yaşayan əvvəllər məhkum olunmuş Eldar Hacıyevin yanmış meyiti aşkarlanıb və aparılmış əməliyyat tədbirləri nəticəsində onun sərxoş halda elektrik sobasının üstünə yıxılması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.