Bakıda marşrut avtobusunda ölüm hadisəsi baş verib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 7-də Xətai rayonu ərazisində 51 saylı xətt marşrutu ilə hərəkət edən “Daewoo” markalı avtobusda olan sərnişin, Bakı şəhər sakini Əli Abdullayev infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.