<b><span style="color:red;">Serenay : "Özümlə tək qalıb sakitləşməyə çalışıram"</b>
29 may 2019 19:59 (UTC +04:00)

Serenay: "Özümlə tək qalıb sakitləşməyə çalışıram"

Tanınmış türk aktrisası Serenay Sarıkaya “InStyle Türkiyə” jurnalının iyun buraxılışında yer alıb. 
 
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnal üçün müsahibə zamanı sənətçi şəxsi həyatından danışıb.
 
Sevgilisi Kerem Bürsindən ayrılan Sarıkaya müxbirin “Hər kəs sənin haqqında maraqlanarkən, necə bu qədər səssiz qalırsan?” sualını belə cavablandırıb:
 
“Hər şeyin surətlə irəliləməyi məni o qədər qorxudurdu ki, hər anın, hər saniyənin ləzzətini duymaq istədim. Ola bilər özümə belə bir müdafiə mexanizmi seçmişəm. Sosial medianın geniş yayılması ilə ciddi narahatçılıq yaşayırıq. Özümlə tək qalıb sakitləşməyə çalışıram.”
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar