Şəmkirdə tikinti malları mağazasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, vətəndaşlara məxsus ümumi sahəsi 80 kv.m olan tikinti materialları satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə, yaxınlıqda olan 2 saylı birmərtəbəli 6 otaqlı evin hamamında “SAMSUNG” markalı paltaryuyan, 4 saylı birmərtəbəli 4 otaqlı evin çöl divarında quraşdırılan elektrik sayğacı, 5 saylı birmərtəbəli 4 otaqlı evin hamamında istilik qızdırıcısı, 25 saylı birmərtəbəli 5 otaqlı evin çöl divarına quraşdırılmış elektrik sayğacı və evə bitişik tikilmiş ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi və evlər yanğından mühafizə olunub.
Yanğın saat 12:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.