Şəmkirdə qohumlar arasında baş vermiş davada iki nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 8-də rayonunun Dəllər-Daşbulaq kəndində kənd sakinləri Elçin Məmmədov, Rəşad Qələndərov və onun qardaşı Oqtay münaqişə zəminində qohumları Samir Mövsümovu ağacla döyüb, Samir Mövsümov isə Rəşad Qələndərova bıçaqla xəsarət yetirib. S.Mövsümov və R.Qələndərov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.