Şəmkirdə qətl:<b> bıçaqla həmkəndlisini öldürdü</b>
18 avqust 2015 11:08 (UTC +04:00)

Şəmkirdə qətl: bıçaqla həmkəndlisini öldürdü

0

 Şəmkir rayonunda qətl törədilib.

 

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Məzahir İsgəndərov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1993-cü il təvəllüdlü Rasim Qənbərlini bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən M. İsgəndərov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 209

Oxşar yazılar