Şəmkirdə məktəbli su kanalında batıb
04 fevral 2016 21:14 (UTC +04:00)

Şəmkirdə məktəbli su kanalında batıb

0

Bu gün axşam saatlarında Şəmkir rayonunun Abbaslı kəndi ərazisindən keçən su kanalından həmin kənd sakini olan 7-8 yaşlı qız meyiti tapılıb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, uşağın valideynlərinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirdiyinə əsasən, uşaq bu gün məktəbə gedib və geri qayıtmayıb.  

 

Aparılan axtarış tədbirləri nəticəsində uşağın meyiti Abbaslı kəndi ərazisindən keçən su kanalından tapılıb.

 

 Hazırda Şəmkir rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırmalar aparır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar