Şəmkirdə iki qəza: ölən və yaralanan var - YENİLƏNİB
03 noyabr 2013 14:43 (UTC +04:00)

Şəmkirdə iki qəza: ölən və yaralanan var - YENİLƏNİB

Şəmkir – Kür qəsəbə yolunda iki avtomobil qəzası baş verib.

 

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ruzigar Əhəd oğlu Cəbrayılov idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, maşını əvvəlcə yolun kənarında olan işıq dirəyinə, daha sonra isə evin hasarına çırpıb.

 

Qəza nəticəsində 23 yaşlı R. Cəbrayılov ölüb, sərnişin 21 yaşlı Tural Rəşadət oğlu Səfərli isə yüngül bədən xəsarəti alıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Şəmkir Kür qəsəbə yolunda daha bir yol qəzası da baş verib. Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini 23 yaşlı Vüsal Abbasovun idarə etdiyi VAZ “2106” markalı avtomobillə, Şəmkir rayon sakini, rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin polis sahə nəfərinin idarə etdiyi eyni markalı avtomobil toqquşub. Hadisə zamanı hər iki avtomobildən 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Prokurorluqdan verilən məlumata görə, sürücülər müayinə edilib və onlardan heç birinin sərxoş olmadığı müəyyənləşib.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522

Oxşar yazılar