Şəmkirdə 35 yaşlı kişi  bıçaqlandı
20 avqust 2016 02:11 (UTC +04:00)

Şəmkirdə 35 yaşlı kişi bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sabirkənd kənd sakini 1981-ci il təvəllüdlü Samir Nəsibov bel və kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən və harada  bıçaqlandığı hələ ki məlum deyil.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar