Şəkidə yenidən yanğınlar başlayıb: <span style="color:red;">bir ferma tamamilə yanıb
14 avqust 2015 19:23 (UTC +04:00)

Şəkidə yenidən yanğınlar başlayıb: bir ferma tamamilə yanıb

0

 

Şəkinin Oğuzla həmsərhəd kəndlərində yenidən yanğınlar başlayıb.


Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16 radələrindən başlayaraq Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində  yenidən biçilmiş taxıl, quru ot  və kol-kos sahələrində yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan yuxarı ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər  DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

 

Yerli sakinlərin APA-ya verdiyi məlumatına görə,  yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri artıq təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub. Yanğınlar hazirda davam edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar