Şəki sakini sirkə turşusundan zəhərlənərək ölüb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 6-da Şəki şəhər sakini, ruhi xəstə Aynur Abdullayev sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş A.Abdullayev sentyabrın 7-də orada keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.