Şəkidə mənzildən 37 yaşlı qadının meyiti tapıldı
16 dekabr 2014 23:09 (UTC +04:00)

Şəkidə mənzildən 37 yaşlı qadının meyiti tapıldı

0

Şəkidə mənzildən bir neçə gün  əvvəl ölmüş qadın meyiti tapılıb. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qadın meyiti  Şəki şəhəri, Fətəli Xan Xoyski küçəsi ev 87 ünvanında aşkarlanıb. Həmin ünvanda yaşayan, 1977-ci il təvəllüdlü Pərvanə Kamil qızı Əzizovanın qonşuları Pərvanə Əzizovanı bir-neçə gün görmədikləri barədə Şəki ŞRPŞ-ə müraciət ediblər. Şəki ŞRPŞ-nin və rayon prokurorluğunun  əməkdaşları müraciət əsasında sözü gedən ünvana gedərək evə baxış keçirən zaman 37 yaşlı Pərvanə Əzizovanın meyitini aşkar ediblər.

 

İlkin müayinə zamanı meyitin üzərində heç-bir zorakılıq əlamətləri aşkar edilməyib, mərhumun 2-3 gün əvvəl öldüyü müəyyən olunub. Məlumatda bildirilir ki, mərhum Pərvanə Əzizova həmin ünvanda tənha yaşayıb və ruhi xəstə olub. Pərvanə Əzizovanın ölümünün dəqiq səbəbini aparılacaq tibbi ekspertizanın rəyindən sonra söyləmək mümkün olacaq.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar