Şəkidə məhbus ölüb
23 mart 2015 11:04 (UTC +04:00)

Şəkidə məhbus ölüb

0
Azərbaycanda məhkum ölümü qeydə alınıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Ədliyyə NazirliyiPenitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.

 

Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovun meyiti müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini  müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

 

Şəki Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

 

Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 155

Oxşar yazılar