Şəkidə son bir saatda ikinci zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, ikinci təkan yerli vaxtla saat 17:06-da Şəkidən 7 km şərqdə qeydə alınıb. Zəlzələ 3,1 maqnitudada, 8 km dərinlikdə baş verib.
Qeyd edək ki, dünən Şəkidə ardıcıl 4 zəlzələ baş verib. Bu gün isə Qəbələdə episentrdə 6 bal olmaqla güclü zəlzələ olub. Saat 16:23-də Şəkidə daha bir yeraltı təkan baş verib.
***
17:12
Şəkidə daha bir zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yerli vaxtla saat 16:23-də Şəkidən 3 km şərqdə zəlzələ baş verib.
10 km dərinlikdə olan zəlzələ 3 bala qədər hiss olunub.