Şəkidə 58 yaşlı kişini ilan sancdı
15 iyun 2016 23:18 (UTC +04:00)

Şəkidə 58 yaşlı kişini ilan sancdı

Şəkidə taxıl sahəsində işləyən 58 yaşlı kişini ilan sancıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 15-i günün ikinci yarısında rayonun Böyük Dəhnə kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Diqqət oğlu Seyidov ilan sancma xəsarət ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 58 yaşlı F. Seyidov Böyük Dəhnə kənd inzibati ərazisində özünə məxsus taxıl sahəsində işləyərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F. Seyidova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. F. Seyidovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar