Şəkidə 4 uşaq anasını ilan sancıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Cunud kəndində baş verib.
Cunud kənd sakini, 1971-ci il təvəllüdlü Fazilə Zabit qızı Əmrahova yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan qəfildən onun sağ əlin ikinci barmağından sancıb. 44 yaşlı Fazilə Əmrahova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya bildirilib ki, 4 uşaq anası olan Fazilə Əmrahova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.