Şəkidə yenidən zəlzələ baş verib.
APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də, yerli vaxtla saat 05:25-də Şəkidən 6 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, son sutka ərzində Şəkidə qeydə alınan dördüncü seysmik hadisədir. Bundan əvvəlki zəlzələlər dünən saat 17:38-də (3 bal), saat 19:41-də (3 bal) və saat 19:45-də (3 bal) baş verib.