Şəki sakinini ilan sancdı
17 iyun 2015 00:34 (UTC +04:00)

Şəki sakinini ilan sancdı

Şəki sakinini ilan sancıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Baş Laysqı kənd sakini, 1987-ci il təvəllüdlü Dəyanət Paşa oğlu Verdiyev ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 28 yaşlı Dəyanət Verdiyev bağda çiyələk yığarkən ilan qəfildən onun sağ əlinin barmağını sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Dəyanət Verdiyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar