Qaxda yol qəzasında bir ailənin iki üzvü öldü - <span style="color:red;">YENİLƏNİB
17 may 2016 02:40 (UTC +04:00)

Qaxda yol qəzasında bir ailənin iki üzvü öldü - YENİLƏNİB

0

Qaxda baş verən ağır yol qəzasında bir ailənin iki üzvü ölüb, digər üzvü isə xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası mayın 16-ı axşam saat 21:50 radələrində Şəki-Qax magistral avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Şəki rayonu, Göybulaq kənd sakini,  1953-cü il təvəllüdlü Firudin Ziyadxan oğlu Təhməzov idarə etdiyi “Niva” markalı,  99-HA-745 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını  yol kənarında dayanan Qax şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Ümüd oğlu  Muradova  məxsus “Belarus” markalı,  62-T-177 dövlət nömrə nişanlı traktora çırpıb. 

 

Hadisə nəticəsində “Niva” markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, Qax rayonu İlisu kənd sakini 1959-cu il təvəllüdlü Xanpəri Murad qızı Muradova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin sürücünün qayınanası, 1927-ci il təvəllüdlü Səlihəd Rüstəm qızı Muradova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. Sürücü Firudin Təhməzov isə Qax RMX-a yerləşdirilib.

 

Qax RMX-dan APA-ya verilən məlumata görə, Firudin Təhməzova lazımı yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan Xanpəri  Muradovanın cəsədini və xəstəxanaya aparılarkən yolda ölən Səlihəd  Muradovanı çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirli (FHN) Qax rayon  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri  cəlb olunub.

 

Qeyd edək ki, qəzaya düşən ailə Şəki rayonundan yas mərasimindən evə qayıdırmış. Qəza zamanı hadisə yerində ölən Xanpəri  Muradova Qax rayon İlisu kənd Nizami Gəncəvi adına orta məktəbin direktorudur.

 

Faktla bağlı Daxili İşlər nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

***

 

Şəki-Qax yolunun Şəki və Qax rayonlarının həmsərhəd ərazisində ağır yol qəzası baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Niva” markalı minik avtomobili traktorla toqquşub.

 

Hadisə nəticəsinə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. 

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ölən və yaralananların şəxsiyyətləri  müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar