Səhvən Bakıya gətirilən erməni Kiyevə qaytarıldı
26 iyul 2013 16:23 (UTC +04:00)

Səhvən Bakıya gətirilən erməni Kiyevə qaytarıldı

Ukraynadan deportasiya edilən zaman səhvən Bakıya gətirilən Ermənistan vətəndaşı Asatur Xaçatryan artıq geriyə, Kiyevə göndərilib.


 

Bu barədə APA-ya rəsmi mənbələrdən bildirilib.

 

Qeyd edək ki, 22 yaşlı Asatur Xaçataryan Ukraynadan deportasiya edilərkən səhvən Azərbaycana uçan təyyarəyə mindirilib və o, Bakıya gəlib.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bu barədə məlumatlı olduqlarını bildirib: “Hazırda bu məsələ ilə bağlı aidiyyəti qurumlarla iş aparılır”. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Oxşar yazılar