Səhiyyə İdarəsindən həkim və oğlunun bıçaqlanmasına münasibət
24 may 2013 14:16 (UTC +04:00)

Səhiyyə İdarəsindən həkim və oğlunun bıçaqlanmasına münasibət

 

Bakı Şəhər Səhiyyə İdarəsi paytaxtda həkim Lalə Mirzəyeva və oğlunun xəstə qadın tərəfindən bıçaqlanması hadisəsinə münasibət bildirib.


 

Bakı Şəhər Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, hadisə vəzifə borcunu yerinə yetirən həkim və oğluna qarşı törədilib.

 

Onun sözlərinə görə, hadisəni törədən Nərgiz Kərimovanın 8 aylıq körpəsində iki gün öncə respirator xəstəlik əmələ gəlib: “Uşaq həkim tərəfindən nəzarətə götürülüb və mütəmadi olaraq yoxlanılıb. Ötən gün axşam saat 21:30 radələrində Nərgiz Kərimova həkimin telefonuna zəng edərək uşağına yardım etməsini istəyib. Həkim də öz övladını götürərək həmin uşağa yardım göstərməyə gedib. Öz vəzifə borcunu icra edən həkim uşağa dərman içirtmək istəyərkən arxadan Nərgiz Məmmədova tərəfindən vurulub. Anasına yardım etmək istəyən Lalə Mirzəyevanın oğlu Rüfət də müəyyən xəsarətlər alıb. İlkin məlumatlara əsasən, Nərgiz Kərimova ailəsində yaşanan münaqişələr nəticəsində həmin anda gərgin vəziyyətdə olub”.

 

R. Nağıyev qeyd edib ki, xəstələr tərəfindən həkimlərə qarşı olan ilk hadisə deyil. Onun sözlərinə görə, həkimlərə qarşı müxtəlif təzyiqlər mütəmadi olaraq baş verir: “İnsanlar gecikmiş vəziyyətdə səhiyyəyə müraciət etdiklərindən müxtəlif hallar baş verir. Onlar həkimə gec müraciət etdikləri üçün sonluq pis nəticələndiyində həkimlərə müxtəlif təzyiqlər edilir. Həkimin də hər bir xəstəni ağır vəziyyətdən çıxarması qeyri-mümkündür”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488
avatar

Oxşar yazılar