Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, naməlum şəxslər İlham və Fərizənin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər.
“Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsində bizdən ərizə aldılar. Hələlik bizə heç bir məlumat verilməyib”. Lent.az-ın xəbərinə görə, bu sözləri 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev qardaşı və gəlinlərinin məzarlarının təhqir olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
E.Allahverdiyev faktla bağlı təhqiqat aparıldığını bildirib: “Hadisə ilə bağlı təhqiqat aparılır. Polis işçiləri, prokurorluq əməkdaşları baş verənlərə görə çox məyusdurlar. Səhər orda olmuşam, məzarlar təmizlənib”.