Bəstəkar Şəfiqə Axundova Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsindən, Kardiologiya şöbəsinə köçürülüb. Bunu Lent. az-a xalq artistinin bacısı Rəfiqə Axundova deyib: “ O, dünən ölümdən döndü. Bu gün bir az yaxşıdır, həkim nəzarətindədir. Artıq 4 gündür xəstəxanada müalicə alır. Hələ neçə gün burada olacağını bilmirik. Sadəcə, yaşı çox olduğuna görə müalicəsi çətin gedir. Ümidimiz var ki, yaxşı olacaq. İnsanların bacımı çox istədiyini bilirdim, amma bu dərəcədə yox. Çox insanlar zəng etdilər. Tanınmışlardan Gülyanaq, Gülyaz Məmmədova, mənəvi oğlu Eldar Ələkbərov və başqaları xəstəxanaya gəldilər. Hər kəsə öz minnətdarlığımı bildirirəm”.