Səfir iranlı rejissorların Şuşada kino çəkməsinə münasibət bildirib
15 iyul 2015 16:05 (UTC +04:00)

Səfir iranlı rejissorların Şuşada kino çəkməsinə münasibət bildirib

“Ümumilikdə bu məsələyə şübhə ilə yanaşıram, yəni bu xəbərin doğruluğuna şübhə edirəm. Buna görə də bu barədə heç nə deyə bilmərəm”.

 

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin son günlər erməni mətbuatında İran və Ermənistan kinematoqraflarının Şuşada birgə film çəkmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

Səfir bu xəbəri mətbuatdan oxuduğunu, rejissorlarla dövlət arasında əlaqələrin olmadığını nəzərə alaraq, onlarla əlaqə qura bilmədiyini bildirib: “Əgər hansısa məlumat əldə edə bilsəm, sizə bildirəcəyəm”.

 

Diplomat həmçinin qeyd edib ki, bu cür xəbərlərin bəziləri müəyyən hədəf və məqsəd daşıyır. “Bu məqsədlərdən biri də İranla Azərbaycan arasındakı münasibətləri korlamaq cəhddir. Bu səbəbdən də əvvəlcə xəbərin doğru olub-olmadığını müəyyən etməliyik, sonra isə cavab verə bilərik”.

 

Xatırladaq ki, son günlər Ermənistan mətbuatında Azərbaycanın işğal altın olunmuş Dağlıq Qarabağ bölgəsində İranla Ermənistan kinematoqraflarının ilk birgə film çəkilişlərinə başlamaları barədə xəbərlər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar