Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbəri Müşahid Huseyn Syedi qəbul edib.
Lent.az-ın məlumatına görə,möhkəm təməllər üzərində qurulan Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyini ifadə edən Səfər Əbiyev bildirib ki, bütün istiqamətlərdə olduğu kimi, siyasi sahədə də Azərbaycan həmişə Pakistanın yaxından dəstəyini hiss edib. Nazirin sözlərinə görə, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Pakistan Dostluq və qardaşlıq ənənələrinə sadiq qalaraq bu gün də müxtəlif məsələlərlə əlaqədar Beynəlxalq səviyyələrdə ölkəmizdən öz köməyini əsirgəmir.
Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı aparılan fikir mübadiləsi zamanı pakistanlı qonaq müşahidə qrupunun rəhbəri kimi seçkilərin Beynəlxalq standartlara tam cavab verdiyi qənaətində olduğunu bildirib. Seçki günü pakistanlı qonaq insanlarla təması zamani da bunun bir daha şahidi olduğunu bildirib.
Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri də iştirak edib.