Səbaildə silahlı insident:<span style="color:red;"> 1 nəfər güllələnib  - YENİLƏNİB
15 avqust 2014 15:33 (UTC +04:00)

Səbaildə silahlı insident: 1 nəfər güllələnib - YENİLƏNİB

0
Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə pnevmatik silahla törədilib və zərərçəkənin həyatı üçün təhlükə yoxdur.

 
 
 
*****
 
 
10:17
 
 
Bakının mərkəzində güllələnmə hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb.

 

Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

KTM-dən APA-ya faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.

 

Səbail Rayon Polis İdarəsindən isə baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3258

Oxşar yazılar