Qurban Bayramı münasibəti ilə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən qurbanlıq heyvanların kəsilməsi təşkil olunub. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, tədbirdə rayonda fəaliyyət göstərən Ağsaqqal və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin üzvləri iştirak edib.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, rayonda həyata keçirilər sosial yönümlü işlər barədə məlumat verib, bildirilib ki, bu işlərlə yanaşı rayon sakinlərindən 3 nəfər həcc ziyarətinə göndərilib. Qurban Bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5000-dən çox ailəyə qurban payları təqdim edilib.