Səbail rayon prokuroru işdən çıxarıldı
01 oktyabr 2014 18:17 (UTC +04:00)

Səbail rayon prokuroru işdən çıxarıldı

Səbail rayon prokuroru Şirxan Adıgözəlov vəzifəsindən azad olunub. Lent.az-ın qafqazinfo-a istinadən məlumatına görə, 10 ildir prokuror işləyən Ş.Adıgözəlov baş prokuror Zakir Qaralovun əmri ilə işdən çıxarılıb. 
 

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib. Onun sözlərinə görə, Səbail rayon prokuroru Ş. Adıgözəlov  Baş Prokurorluq üzrə müvafiq əmrlə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq  orqanlarından xaric edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Oxşar yazılar