Samuxda qadın ağacdan yıxılaraq xəsarət aldı
08 iyun 2016 23:18 (UTC +04:00)

Samuxda qadın ağacdan yıxılaraq xəsarət aldı

0

Samuxda qadın ağacdan yıxılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qədirli kənd sakini, 1958-ci il təvəllüdlü Nahidə Hüseynova həyətində olan ağacda meyvə yığarkən ehtiyatsızlıq edərək yerə yıxılıb.

 

O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Sol tərəfli qabırğaların sınığı diaqnozu qoyulan qadının vəziyyəti orta ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar