Samuxda avtomobil kanala aşdı, sürücü öldü
18 dekabr 2014 10:05 (UTC +04:00)

Samuxda avtomobil kanala aşdı, sürücü öldü

0

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarayeri-Qovlar Sarı avtomobil yolunda baş verib.

 

Samux rayonunda yaşayan Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb.

 

Qəza nəticəsində S. Həsənov hadisə yerində ölüb.

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar