Samuxda 37 yaşlı kişini ilan sancıb
18 iyun 2015 14:04 (UTC +04:00)

Samuxda 37 yaşlı kişini ilan sancıb

Samux rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlibayramlı kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhi Fizuli oğlu Məmmədov özünə məxsus evin həyətində gəzərkən ilan onun ayağından sancıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər R. Məmmədovun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

 

Qeyd edək ki, iyun ayında Samuxda ilan sancma hadisələrinin sayı artıb. Son bir ayda 4 nəfəri ilan sancıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 57
avatar

Oxşar yazılar