Samuxda fəhləni cərəyan vuraraq öldürüb.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Ziyadlı kəndində qeydə alınıb.
1984-cü il təvəllüdlü Zaur Əsgərov iş zamanı yüksək gərginlikli elektrik naqillərinə toxunub və cərəyan onu vuraraq öldürüb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.