Samur-Abşeron kanalında batan şəxsin axtarışlarına başlanılıb. Lent.az-ın Fözqəladə hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Qusar rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxs haqqında məlumat daxil olub. Məlumata əsasən həmin şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb edilib.
Əlavə məlumat veriləcək.