Sumqayıt sakini intihar edib.
Qəbələ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Həmzəlli kəndində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Fəzail Həmidov yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.