Şamaxıda qəza: [b]yaralılar var[/b]
13 aprel 2015 19:59 (UTC +04:00)

Şamaxıda qəza: [b]yaralılar var[/b]

0
 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sərnişin avtobusu ilə minik maşını toqquşub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində yolun 120-ci kilometrliyində, Şamaxı Olimpiya İdman Kompleksinin qarşısında baş verib.

 

90-ZT-013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 56-AZ-261 dövlət nömrə nişanlı “İZUSU” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə zamanı avtobusun sürücüsü, Şamaxı sakini, 1959-cu il təvəllüdlü Kərimov Vidadi Ömür oğlu və “Mercedes”in sərnişini, Bakı sakini, 1963-cü il təvəllüdlü Xasıyev Eldar Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Onlar Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 205

Oxşar yazılar