Şamaxıda elektrik şəbəkəsinin əməkdaşı iş başında öldü
24 sentyabr 2014 22:46 (UTC +04:00)

Şamaxıda elektrik şəbəkəsinin əməkdaşı iş başında öldü

Şamaxı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb. Şamaxı Paylayıcı Elektrik Şəbəkəsinin elektriki, 1974-cü il təvəllüdlü Eyvazov Elton Əliqulu oğlu Məlikçobanlı kəndində elektrik dirəyinə çıxaraq qırılan naqili dəyişərkən ehtiyatsızlıq edib və yüksək gərginlik cərəyan onu vuraraq öldürüb.

   

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Oxşar yazılar