Şamaxıda BMW aşıb, sürücü ölüb
23 mart 2015 15:43 (UTC +04:00)

Şamaxıda BMW aşıb, sürücü ölüb

0
 Şamaxı rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Çöl Göylər-Padarçöl yolunun 28-ci kilometrliyində qeydə alınıb.

 

Çöl Göylər kənd sakini, 1984-cü il təvəllüdlü Bayramov Tacir Bayram oğlunun idarə etdiyi 56-BA-946 dövlət nömrə nişanlı, BMW markalı minik maşını yoldan çıxaraq aşıb.

 

Sürücü T. Bayramov hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar