Şamaxıda 3 yeniyetmə göldə batdı - <span style="color:red;">YENİLƏNİB
24 iyul 2016 20:46 (UTC +04:00)

Şamaxıda 3 yeniyetmə göldə batdı - YENİLƏNİB

Şamaxıda göldə boğularaq dünyasını dəyişən 3 nəfər yeniyetmə oğlanın şəxsiyyəti müəyyən edilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

 

Onların Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.  Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən  birinin ayağı sürüşərək suya yıxılıb.  Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

 

***

 

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.

 

APA-nın yerli bürosnun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

 

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı  yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən Sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar