Salyanda bıçaqlanma
26 fevral 2016 08:30 (UTC +04:00)

Salyanda bıçaqlanma

0

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi  Qırxçıraq kəndində qeydə alınıb.  Gecə saatlarında  Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü  Dadaşov Alıkişi Elçin oğlu  böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə  Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun qayını tərəfindən bıçaqlandığı bildirilir. 

 

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar