Salyanda 4 nəfəri it dişlədi
12 iyul 2016 00:42 (UTC +04:00)

Salyanda 4 nəfəri it dişlədi

0

Bir gün ərzində 4 nəfər Salyan  rayon xəstəxanasına it dişləməsi xəsarəti ilə müraciət edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon xəstəxanasına 60 yaşlı Neftçala sakini, eyni zamanda 59, 3 və 16 yaşlı Salyan sakinləri it dişləmə xəsarətləri ilə rayon xəstəxanasına müraciət ediblər.

 

Dörd nəfərin hər birinə quduzluq əleyhinə vaksin vurulub. Yardım aldıqdan sonra həmin şəxslər evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar