Salyan və İmişlidə yanğn baş verib
12 iyul 2015 13:53 (UTC +04:00)

Salyan və İmişlidə yanğn baş verib

0

Salyan şəhərində yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinni saytına istinadən xəbər verir ki, vətandaşa məxsus ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları 6 kv.m sahədə və  talvarın altına yığılmış 1,6 ton ot bağlamasının 200 kq-ı yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:35-də söndürülüb.

 

Oxşar hadisə İmişli rayonunda da qeydə alınıb. Vətandaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından muhafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar