Sabunçuda maşın piyadanı vurub öldürdü
20 sentyabr 2014 01:28 (UTC +04:00)

Sabunçuda maşın piyadanı vurub öldürdü

APA-nın məlumatna görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib.

 

Həsənov Ələmdar Lətif oğlu idarə etdi “50  CR 244” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini  1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub.

 

Piyada aldığını bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib.  Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.

 

Hadisə ilə bağlı APA-ya danışan Zabrat sakinlərinin sözlərinə görə, bu yolda tez-tez qəzalar baş verir. Səbəb isə yolun işıqlandırılmaması və lazımı yerlərdə piyada keçidi ilə bərabər işıqforlarının quraşdırılmamasıdır.

 

Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun cəsədi ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş "Mercedes"in sürücüsü Ələmdar Həsənov isə saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457

Oxşar yazılar