Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən aşkar olunmuş mərminin döyüşə yararlı olması müəyyən edilib və xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib. Əməliyyat saat 15:30-da başa çatıb.