Sabunçuda 32 yaşlı kişi bıçaqlandı
18 dekabr 2014 07:35 (UTC +04:00)

Sabunçuda 32 yaşlı kişi bıçaqlandı

0

APA -nin məlumatına görə, 32 yaşlı paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adil Əlibabayev küçəsi, 2 saylı binanın həyətində baş verib. Bıçaq xəsarəti alan 32 yaşlı Elvin Yaşar Oğlu Mahmudov ailə üzvləri tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanası çatdırılıb. Yaralı əməliyyat olunduqdan sonra palataya yerləşdirilib.

 

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Elvin Mahmudovun izahatını alıblar. Zərərçəkən bıçaqlandığını bildirsə də, tibbi ekspertizadan sonra onun başına gələn hadisəyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar