Şabranda əvvəllər məhkum olunmuş şəxs yaşadığı evi yandırıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 7-də gecə saat 02.00 radələrində Məhəmməd Seydiyev sərxoş halda yaşadığı Şabran şəhəri Əzizbəyov küçəsindəki evini qəsdən yandırıb və xəsarət alıb. Yanğın nəticəsində evdəki məişət əşyaları yanıb.
Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən evə baxış zamanı 12,46 qram marixuana aşkar edilərək götürülüb.