Şabranda maşın dərəyə aşıb, ölən var
14 dekabr 2014 21:28 (UTC +04:00)

Şabranda maşın dərəyə aşıb, ölən var

0

Şabran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Şabran-Zöhrabkənd yolunda qeydə alınıb. Şabrana ova gələn Bakı şəhər sakini Yarıyev Məhəmmədəli Fətəli oğlunun idarə etdiyi “Niva” markalı maşın dumanlı havada yoldan çıxaraq dərəyə aşıb.

 

Qəza nəticəsində sürücü dünyasını dəyişib. Onun meyiti hadisədən 8 saat sonra tapılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar