Şabranda ev yandı
26 avqust 2016 10:11 (UTC +04:00)

Şabranda ev yandı

0

Şabran rayonu, Çölquşçu kəndində evlərdən birində yanğın hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 210 m2 olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları 190 m2 sahədə yanıb.

 Evin qalan hissəsi və evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar