Sabirabadda qəza: bir ailənin 4 üzvü xəsarət alıb
16 iyun 2013 01:34 (UTC +04:00)

Sabirabadda qəza: bir ailənin 4 üzvü xəsarət alıb

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon polis şöbəsindən verilən məlumata görə, iyunun 15-də saat 23.00 radələrində Sabirabadın Şəhriyar kəndi ərazisindən keçən magistral yolda ağır avtoqəza qeydə alınıb. Qeydə alınan qəzada rayonun Qaratoğay sakini 1975-ci il təvəllüdlü Mürsəlov Qalib Bibiqulu oğlunun idarə etdiyi QAZ 3110 markalı 10 GM 756 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildə olan ailə üzvləri 1951-ci il təvəllüdlü Mürsəlova Rəfiqə Almaz qızı sağ budun aşağı üçdə birinin sınığı, 1975-ci il təvəllüdlü Mürsəlova Arzu Soltan qızı döş qəfəsinin əzilməsi və 1998-ci il təvəllüdlü Mürsəlov Xəyyam Qalib oğlu burun sümüyünün sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.  Sürücü Qalib Mürsəlov isə kəllə beyin travması, döş qəfəsin əzilməsi və komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.

 

# 831
avatar

Oxşar yazılar