Sabirabadda mal-qara oğruları saxlanıldı
11 aprel 2015 23:26 (UTC +04:00)

Sabirabadda mal-qara oğruları saxlanıldı

0

Sabirabadda vətəndaşların şəxsi təsərrüfatındakı mal-qaranı oğurlayan şəxslər saxlanılıb.

 

Sabirabad rayon  polis şöbəsinin  istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elnur  Əliyevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə,  Sabirabad rayon Yaxa Dəllək kənd sakinləri 1990-cı il təvəllüdlü  Əsədov İsaxan İlqar oğlu və 1984-cu il təvəllüdlü Məmmədov Rauf Ərəbxan oğlu qabaqcadan əlbir olub qrup təşkil edərək, saxlanc yerinə qanunsuz daxil olmaqla kənd sakinlərinin xeyli miqdarda  iri və xırdabaşlı heyvanlarını  oğurlayıblar. 

 

Onlar bu il martın 30-da Sabirabad rayonun Əliləmbəyli kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 1200 manat  və  900 manat olan  2 baş inəyi, cəmi 2100 manat dəyərində  özgə əmlakını  talamaqla oğurluq ediblər.

 

Bundan başqa, onlar təkrarən, aprelin 1-də Sabirabad rayonun Yaxa-Dəllək kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 190 manat olan 3 baş, qiyməti 150 manat olan iki baş,  120 manat dəyərində olan iki baş  və qiyməti 100 manat olan 2 baş qoyun və quzu, cəmi 1310 manat dəyərində özgə əmlakını   talamaqla oğurluq ediblər.

 

Hər iki şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib.

 

Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar